Saytımızı qiymətləndirin


 
 

Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq
Tarix: 03-09-2020 | Saat: 11:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 Qarşıdakı ildə büdcə siyasəti | Banco.az

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır.

Qarabaginfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur.

Gəlirlərin 57,3%-i  və yaxud 13 950 milyon manatı neft sektorunun, 42,7%-i və yaxud 10 377 milyon manatı isə qeyri-neft sektorunun payına düşməlidir. 

Gələn il büdcə xərcləri isə 25 847,5 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6% azdır.

Xərclərin 18 106,6 milyon manatı və yaxud 70,1%-ni cari xərclər, 5 389,1 milyon manatını və yaxud 20,8%-ni əsaslı xərclər, 2 351,8 milyon manatını və yaxud 9,1%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil etməlidir. 

Beləliklə, büdcə kəsri 1 520,5 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 54,9% azdır. 

Kəsirin  maliyyələşdirilməsi xarici və daxili borclanma,  o  cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq. "Report"



Xəbəri paylaş

669 dəfə oxunub.

Digər xəbərlər
1-03-2021, 17:41 Sarkozi həbs edildi