Ana Sayfa > Karusel / İqtisadiyyat > Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq
Gələn il Azərbaycanın dövlət büdcəsi 26 milyard manata yaxın olacaq3-09-2020, 11:32. Yazar: Admin |
2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327 milyon manat məbləğində proqnozlaşdırılır. Qarabaginfo.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Sənədlərə əsasən, bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 0,8% çoxdur. Gəlirlərin 57,3%-i və yaxud 13 950 milyon manatı neft sektorunun, 42,7%-i və yaxud 10 377 milyon manatı isə qeyri-neft sektorunun payına düşməlidir. Gələn il büdcə xərcləri isə 25 847,5 milyon manat məbləğində nəzərdə tutulub. Bu isə bu ilin proqnozuna nisbətən 6% azdır. Xərclərin 18 106,6 milyon manatı və yaxud 70,1%-ni cari xərclər, 5 389,1 milyon manatını və yaxud 20,8%-ni əsaslı xərclər, 2 351,8 milyon manatını və yaxud 9,1%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil etməlidir. Beləliklə, büdcə kəsri 1 520,5 milyon manat məbləğində gözlənilir ki, bu da illik müqayisədə 54,9% azdır. Kəsirin maliyyələşdirilməsi xarici və daxili borclanma, o cümlədən qiymətli kağızların buraxılışı, habelə özəlləşdirmədən daxilolmalar hesabına aparılacaq. "Report" Geri dön |