Saytımızı qiymətləndirin


 
 

Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu  - Video
Tarix: 11-08-2020 | Saat: 12:24
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Azyaşlı oğluna velosiped oğurlatdıran ata tutuldu

 

Abşeron rayonu Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb.

DİN-dən -a  verilən məlumata görə, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib. Mahir Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib.

Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib. Mahir Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb.

Oğurlanan velosipedlərdən bəziləri aşkar olunaraq maddi sübut kimi götürülüb.



Xəbəri paylaş

1 402 dəfə oxunub.

Digər xəbərlər