Saytımızı qiymətləndirin


 
 

Nazirlik: “Məşğulluq” altsistemində 45 375 vakansiya mövcuddur
Tarix: 06-08-2020 | Saat: 13:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nazirlik: “Məşğulluq” altsistemində 45 375 vakansiya mövcuddur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi və işsiz və işaxtaranlara vakansiyalar üzrə e-göndərişlərin verilməsi prosesi davam etdirilir.

Nazirlikdən Qarabaginfo.az -a verilən xəbərə görə, bu ilin əvvəlindən altsistemə 100 mindən çox vakansiya daxil edilib.

Onlardan 57 mindən çox vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib.

Hazırda “Məşğulluq” altsistemində 45 375 vakansiya mövcuddur. Qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də “Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.

İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənilməsinə nail olurlar. İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə edir, hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanırlar.Apa



Xəbəri paylaş

385 dəfə oxunub.

Digər xəbərlər