Saytımızı qiymətləndirin


 
 

Messi La Liqada daha bir nailiyyətə imza atdı
Tarix: 28-07-2020 | Saat: 10:25
Bölmə:Karusel / İdman | çapa göndər

Messi La Liqada daha bir nailiyyətə imza atdı

İspaniya La Liqasında 2019/2020 mövsümünün ən yaxşı driblinqə malik futbolçusunun adı açıqlanıb.

Qarabaginfo.az Report.az-a istinadən xəbər verir ki, geridə qalan çempionatda 182 uğurlu driblinq edən "Barselona"nın kapitanı Lionel Messi bütün rəqiblərini qabaqlayıb. Argentinalı hücumçu son 10 ildə ardıcıl 6-cı dəfə bu göstəricidə qalib olub.

İkinci pillədə "Betis"in hücumçusu Nabil Fekir yer alıb. Onun aktivində 98 driblinq var. İlk "üçlüy"ü "Vilyarreal"dan Andre Zambo-Angissa tamamlayıb.

Qeyd edək ki, Lionel Messi 2010/2011 mövsümündə 186 uğurlu driblinqlə ən yaxşı seçilib. Son 12 ildə onun bu uğurunu təkrarlayan olmayıb.

"Barselona" 2019/2020 mövsümünü 82 xalla 2-ci sırada başa vurub. Çempionluq tituluna isə kataloniyalıları 7 xal qabaqlayan "Real Madrid" sahib çıxıb.



Xəbəri paylaş

1 425 dəfə oxunub.

Digər xəbərlər