Ana Sayfa > Karusel / İdman > Messi La Liqada daha bir nailiyyətə imza atdı
Messi La Liqada daha bir nailiyyətə imza atdı28-07-2020, 10:25. Yazar: Admin |
İspaniya La Liqasında 2019/2020 mövsümünün ən yaxşı driblinqə malik futbolçusunun adı açıqlanıb. Qarabaginfo.az Report.az-a istinadən xəbər verir ki, geridə qalan çempionatda 182 uğurlu driblinq edən "Barselona"nın kapitanı Lionel Messi bütün rəqiblərini qabaqlayıb. Argentinalı hücumçu son 10 ildə ardıcıl 6-cı dəfə bu göstəricidə qalib olub. İkinci pillədə "Betis"in hücumçusu Nabil Fekir yer alıb. Onun aktivində 98 driblinq var. İlk "üçlüy"ü "Vilyarreal"dan Andre Zambo-Angissa tamamlayıb. Qeyd edək ki, Lionel Messi 2010/2011 mövsümündə 186 uğurlu driblinqlə ən yaxşı seçilib. Son 12 ildə onun bu uğurunu təkrarlayan olmayıb. "Barselona" 2019/2020 mövsümünü 82 xalla 2-ci sırada başa vurub. Çempionluq tituluna isə kataloniyalıları 7 xal qabaqlayan "Real Madrid" sahib çıxıb. Geri dön |