Saytımızı qiymətləndirin


 
 

Ermənilərlə döyüşmək üçün Abşerondan Tovuza getdi
Tarix: 18-07-2020 | Saat: 13:56
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Ermənilərlə döyüşmək üçün Abşerondan Tovuza getdi
Əliyoldaşov Mehman

Abşeron rayon Hökməli qəsəbə sakini, 2000-ci il təvəllüdlü Əliyoldaşov Mehman İlham oğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusuna öz dəstəyini nümayiş etdirmək üçün könüllü olaraq Ağdam kəndinə yollanıb.

Qarabaginfo.az “Report.az”-ın Tovuz rayonuna ezam olunmuş çəkiliş qrupuna açıqlama verən 20 yaşlı Mehman Əliyoldaşov heç vaxt hərbi xidmətdə olmasa da, Azərbaycan torpaqları uğrunda döyüşməyin ən böyük arzusu olduğunu söyləyib.

O bildirib ki, 2018-ci ildə ürəyindən əməliyyat olunduğuna görə, hərbi xidmətə aparılmayıb. Məhz xəstəliyi üzündən onun hərbi xidmət keçmək arzusu ürəyində qalıb.

Amma buna baxmayaraq, Mehman Azərbaycan Silahlı Qüvvələrinə hər zaman öz dəstəyini nümayiş etdirməklə vətəndaş olaraq vəzifə borcunu yerinə yetirməyi düşünüb.

O, bir neçə gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərin getdiyini eşitdikdən sonra heç kimə demədən Tovuzun Ağdam kəndinə yollanıb. Kəndə çatdıqdan sonra valideynləri ilə əlaqə saxlayaraq onun üçün narahat olmamalarını və əsgərlərə dəstək göstərmək üçün gəldiyini bildirib.

O, Tovuz rayonuna çatan kimi Azərbaycan Ordusunda döyüşmək istədiyini bildirsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları hələ buna ehtiyac olmadığını deyiblər.

Mehman isə döyüşlərdə iştirak edə bilmədiyi üçün hərbçilərimizə müxtəlif formada yardımlar göstərməklə öz vəzifə borcunu yerinə yetirməyə başlayıb. Belə ki, o, hazırda əsgərlər üçün göndərilən su ehtiyatlarının, lazım olan digər vasitələrin daşınmasında könüllü iştirak edir.

M.Əliyoldaşov 2016-cı ilin aprel döyüşləri zamanında da Azərbaycan ordusuna dəstəyini nümayiş etdirmək üçün könüllü olaraq Beyləqan rayonuna getdiyini vurğulayıb.



Xəbəri paylaş

393 dəfə oxunub.

Digər xəbərlər