İki milyon yarımlıq erməninin ayağının altında qalmağın əzikliyini millətin üstündən atmalıyıq
Tarix: 13-07-2020 | Saat: 16:50
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər
1 883 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-07-2020 | Saat: 16:50
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

Rusiya tulaları heç, onları bildik, 2 dəfə uçağı Qərbə gedən şalvarıdüşük gədaların “biz müharibə apara bilmərik, bu hakimiyyətə təhlükə var, ona görə müharibə şousu yaradır, yazıq şəhid ailələri, yenə kasıb öldü” şüvənlərini başa düşmək o qədər çətindir ki. Hakimiyyətə kimdən təhlükə olacaq - bloggerlərdən? Hanı meydanları silkələyən müxalifət mitinqləri, hanı xalqın önünü çıxan, xalqla bir yerdə mübarizəyə hazır müxalifət liderləri? Qınadığımız, günahlandırdığımız hakimiyyət təmsilçilərinin uşaqları necə xaricdədirsə, onların da övladları Bakıda, Azərbaycanda yoxdur. Heç çoxlarının özü də yoxdur.
Savaş döyüş xəttində başlamayıb, sərhəddə başlayıb. Tovuzdakı o yüksəkliyi ermənilər ona görə almaq istəyir ki, Qərbdən də qarış-qarış torpağımızı işğal eləsin. Dinc əhalinin başına bomba yağdırsın. Qrantdan gicəllənən başınızla bunu anlamağınız çətindi, təbii. Hansı hakimiyyət dinc əhalisini, lap siz deyən kimi qəbul eləsək, laxlayan vaxtında düşmən gülləsinin altında qoyar? Yeni köç, didərgin vətəndaş, döyüşdə üstünlük qazanıb ölkənin içərilərinə doğru işğal planlarını gerçəkləşdirən düşmən hansı iqtidara lazım ola bilər? Əlbəttə ordumuz döyüşməlidir, əlbəttə, biz düşmənə göz dağı verməliyik, 2 milyon yarımlıq erməninin ayağının altında qalmağın əzikliyini millətin üstündən atmalıyıq.
Savaş qurbansız olmur. Şəhidlərə acıyan oğul gedər onun qisasını alar. Tuman altından gizlənib təslimçilik ruhu yaymaz! Dünən Tovuzda gərginlik yaşanmağa başlayandan ölkə ayaqdadır. Nə xəstəlik vecinədir insanların, nə boş cibləri. Vətən, torpaq qədri bilənlər hakimiyyətdən döyüş tələb edir. O şəhidləri torpağa qoyan ailələr belə “döyüşməyə hazırıq, qisasımızı alaq deyir”, siz nə basıb-bağlayırsız - döyüşə bilmərik. Elə bilərik... Elə bilərik...
Qurtuluş savaşları heç vaxt yaxşı şərtlər altında başlamır. Qurtuluş savaşları düşmən içəridən və dışarıdan milləti, ölkəni məhv etmək planlarını işə salarkən başlayır. O savaşın əsgərlərinin yaşı olmur. 15 də ola bilər, 75 də. Gedin taleyinə sahib millətlərin tarixini öyrənin - hamısı dövlətini qurmaq və möhkəmləndirmək üçün qan töküb, ölüb, öldürüb. Bu gün milləti məğlubiyyətə yox, qələbəyə kökləmək lazımdır. Təslimçilik ruhu yaymaq milli xəyanətə bərabərdir.
Azərbaycan ordusu ermənilərin Tovuz hücumuna Qarabağda cavab verməlidir.
ALLAH ORDUMUZU MÜZƏFFƏR ETSİN!
Aygün Muradxanlı
Xəbəri paylaş
Digər xəbərlər
26-05-2021, 12:02
Erməni katolikos Qarabağa səfərə gəlir
25-02-2022, 10:38
Nyu-Yorkda Xocalı qurbanları anılıb
21-06-2022, 15:23
Kreml Cənubi Osetiya ilə Rusiyanın birləşməsini hüquqi kazus adlandırıb
18-03-2021, 15:50
Azərbaycanda yoluxma yenidən artdı - 7 nəfər öldü
1-10-2024, 11:37
Hərbi prokuror: Bu il qeydə alınmış cinayətlərin 98 faizi açılıb
2-11-2022, 09:47
Vilayət Eyvazov Sumqayıtda vətəndaşları qəbul edəcək
2-10-2020, 12:45
Pakistan XİN hərbçilərinin Ermənistana qarşı döyüşməsi ilə bağlı iddialara münasibət bildirib
3-02-2021, 16:35
Türkiyəli nazir: “Azərbaycan Naxçıvan dəhlizi ilə bağlı iş aparır”


















