Saytımızı qiymətləndirin


 
 

Karantini pozaraq cərimələnən sürücülərin sayı açıqlandı
Tarix: 01-05-2020 | Saat: 10:54
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) öÖlkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayaıb.

Qarabaginfo.az xəbər verir ki, BDYPİ-dən "Report.az"a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 30.04.2020-ci il saat 00:00-dan 01.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 735 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.



Xəbəri paylaş

332 dəfə oxunub.

Digər xəbərlər
8-05-2022, 13:06 Sabah yağış yağacaq