Saytımızı qiymətləndirin


 
 

Eldar Mansurovun məmur oğlu vəzifəsini itirdi
Tarix: 27-11-2017 | Saat: 10:32
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Eldar Mansurovun məmur oğlu vəzifəsini itirdi

 

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb. "Qarabaginfo" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
 
"Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.
 
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub.
"Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur.

Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur.
 
Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
 
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.



Xəbəri paylaş

638 dəfə oxunub.

Digər xəbərlər