Jurnalist, Zaur Əhməd (Zaur Əhməd oğlu Məmmədov) şəhid atasının doğum günündə ona mənəvi məktub həsr edib.

Qarabaginfo.az "Unikal.org"a istinadən xəbər verir ki, jurnalistin "ATAMA MƏKTUB..." başlığı ilə hazırladığı video sujeti oxuculara təqdim edirik. Qəlbi Vətəni ilə döyünən hər bir şəxs bu videosujeti izləyərkən kövrəlmədən, ruhlanmadan keçə bilməz...

Məktubun qısa yazılı MƏTNİ BELƏDİR: "Atam apreldə dünyaya gəlib. 35 il sonra, elə aprel ayında bu dünyadan Şəhidlər diyarına köçüb. O diyara ki, orda cəsarət, vətən sevgisi, qeyrət, milli ruh keçərlidir. O diyara yalnız bu keyfiyyətləri olanlar köçür. Özü də şəhid olduqları an necə idilərsə, o cür də qalırlar. Nə qocalırlar, nə gəncləşirlər. Zahirən hər kəs nurlu olur. Nurlu insanlar diyarı. Yox, nə insan? ŞƏHİDLƏR diyarı…
Düz, 26 ildir aramızda deyil Atam. Amma ruhu bizimlədir, mənimlədir".