Saytımızı qiymətləndirin


 
 

Prokuror Maqsud Mahmudova 14 il həbs cəzası istəyib
Tarix: 25-04-2022 | Saat: 16:49
Bölmə:Karusel / Multimedia | çapa göndər

Məni əvvəl-axır tutacaqlar, qohumlarıma səslənirəm, gedin məndən imtina edin"- Maqsud Mahmudov - YouTube

Prokuror Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkil müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 27-ə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.



Xəbəri paylaş

1757 dəfə oxunub.

Digər xəbərlər