Saytımızı qiymətləndirin


 
 

Bakıda daha bir marşrut xəttinin avtobusları yeniləndi
Tarix: 15-02-2020 | Saat: 14:11
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Bakıda 111 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya "İsuzu Novociti" markalı avtobuslar cəlb ediləcək.

 

Qarabaginfo xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) Pravda.az-a verilən məlumata görə, Agentliyin tələbi əsasında “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini "İsuzu Novociti" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Xətt üzrə digər avtobusların da yeni nəqliyyat vasitələri ilə əvəzlənməsi istiqamətində tədbirlər davam etdirilir. Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.

 

Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin ixtiyarına gələn həftədən veriləcək.

 

Sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verən avtobuslarda əlilliyi olan şəxslər, eləcə də, uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

 

Qeyd edək ki, paytaxtın ictimai nəqliyyat sisteminin modernləşdirilməsi məqsədi ilə avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir.

 



Xəbəri paylaş

406 dəfə oxunub.

Digər xəbərlər