Saytımızı qiymətləndirin


 
 

KOBİA-nın vəzifələri artırılıb
Tarix: 31-01-2020 | Saat: 11:52
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vəzifələri artırılıb.

Qarabaginfo "Fins.az"a istinadən xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) reallaşdırılması nəticəsində dəstək almış sahibkarlara dair məlumatların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinə daxil edilməsini təşkil etmək və xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) sahibkarların inkişafına təsiri səviyyəsini öyrənərək, növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflərin hazırlanmasını təmin etmək Agentliyin vəzifələri sırasına daxil edilib.



Xəbəri paylaş

444 dəfə oxunub.

Digər xəbərlər
15-09-2020, 10:07 Cəbhədə GƏRGİNLİK