Saytımızı qiymətləndirin


 
 

MSK sədrinin müavini: “Namizədlər KİV-lərin imkanlarından bərabər şəkildə istifadə edə bilərlər”
Tarix: 18-01-2020 | Saat: 11:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qarabaginfo.az//

 

MSK sədrinin müavini: “Namizədlər KİV-lərin imkanlarından bərabər şəkildə istifadə edə bilərlər”

 

Milli Məclisə seçkilərlə əlaqədar təşviqat kampaniyasının aparılmasına dünəndən başlanılıb və Mərkəzi Seçki Komissiyası bütün namizədlərin bərabər şərtlərə dayanan təşviqat kampaniyasının keçirilməsi üçün lazımi bütün addımları atıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.Qasımov deyib ki, bütün seçki dairələr ərazisində, hətta bütün rayonlar ərazisində açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə respublika üzrə 270 açıq və qapalı yer müəyyən edilib: “Həmin yerlər də namizədlərin sərəncamındadır. Namizədlər dairə seçki komissiyalarına məlumat verməklər həmin yerlərdən çətinlik olmadan istifadə edə bilərlər. Eyni zamanda, ödənişli təşviqatla da bağlı MSK-ya təxminən 40 KİV müraciət edib. Namizədlər həmin KİV-lərin imkanlarından da bərabər şəkildə istifadə edə bilərlər”.



Xəbəri paylaş

447 dəfə oxunub.

Digər xəbərlər