Laçının kəndindəki bu Ermənistan vətəndaşının 100 qoyunu var...
Tarix: 30-10-2019 | Saat: 16:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

602 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-10-2019 | Saat: 16:19
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bizlər isə nə qədər ki, Minsk Qrupunun, rusun, ingilisin, fransızın çobanlığıyla hərəkət edərək öz gücümüzü göstərmirik, o dağların üzünü görməyəcəyik...
Slavik Mnatsakanyan 2016-cı ilin aprelində Talışda Azərbaycana qarşı vuruşub da...
İşğalçı, separatçı ermənilər Azərbaycanın işğal altındakı torpaqlarını bacardıqları qədər məskunlaşdırmaqda davam edirlər.
Qarabaginfo "Moderator.az"a istinadən xəbər verir ki, erməni jurnalistlərin işğal altındakı dağlarımızdan hazırladıqları materialda son illərdə Ermənistanın Sisian rayonunun Anqexakot kəndindən köçüb Laçın rayonunun “Noraşenik” adlandırılmış kəndlərindən birində (çox güman ki, Narışlar kəndi) məskunlaşmış Slavik Mnatskanyandan bəhs edilir. Məlum olur ki, Ermənistan vətəndaşı Laçının kəndinə anası və qardaşı Araratla birgə köçüb. Slavikin bu yaxınlarda Şuşanik adlı qızı olub. Araratın isə 3 övladı var. S.Mnatsakanyan Ermənistanın kəndində dolana bilmədiklərindən buraya gəldiklərini bildirib. Erməni deyir ki, Laçının kəndlərinin iqlim və otlaq şəraiti heyvandarlıq üçün daha əlverişlidir. Ona görə də qısa müddətdə qoyunlarının sayını 100-dək artırıb. Ermənistan vətəndaşı deyir ki, hələ gəldiyindən iki il öncə gəlsə idi, bu saat 400 qoyunu olardı...
Jurnalistlərlə söhbətindən məlum olur ki, Slavik Mnatsakanyan 2016-cı ilin aprel savaşı zamanı könüllü dəstə tərkibində Talış kəndinin müdafiəsində də Azərbaycana qarşı vuruşub...
Müxbirlər köynəyinin üzərində ingilis dilində “general” yazıldığını görüb erməni çobanı zarafatla “dağların generalı” adlandırırlar...
P.S. Doğrudan da o dağlarımızda, yaylaqlarımızda sərbəst gəzib, pendir-çörək yeyib, daxmada yaşayıb çobanlıq edən ermənilər 30 ilə yaxın qarabağsızlığa, laçınsızlığa dözən bizlərə nisbətdə generaldır. Bizlər isə nə qədər ki, ATƏT-in Minsk Qrupunun, Moskvanın, Vaşinqtonun, Parisin, rusun, ingilisin, amerikanın, fransızın çobanlığı altında hərəkət edirik, dünyanın super güclərinə öz gücümüzü göstərmirik, o dağların üzünü görməyəcəyik...
Sultan Laçın
Xəbəri paylaş
Digər xəbərlər
7-05-2026, 13:34
Paşinyan Moskvada parada getməyəcək
16-12-2024, 14:33
Azərbaycanda elektromobillərin icbari sığortasının onlayn rəsmiləşdirilməsinə başlanılıb
23-08-2022, 22:39
Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq təlimlərə qatılacaq
8-01-2026, 14:08
Amnistiya aktı ilə azadlığa çıxan müğənni Dəniz Əsədovanın saxta əlillik sənədi düzəltmək ittihamı ilə məhkəməsi başlayıb
20-07-2023, 10:10
Ata qəza törətdi, körpə oğlu həlak oldu
23-10-2025, 08:49
Almaniyada atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb
15-09-2025, 12:28
Kelloq: Rusiya müharibəni uduzur
26-02-2026, 10:21
Vens: İran nüvə proqramını bərpa etməyə çalışır

















