Saytımızı qiymətləndirin


 
 

Əli Əsədov onları vəzifəsindən AZAD ETDİ
Tarix: 23-10-2019 | Saat: 09:56
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Əli Əsədov onları vəzifəsindənAZAD ETDİ

Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb.

Qarabaginfo xəbər verir ki, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər.

Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib.

Xatırladaq ki, hazırda Nazirlər Kabnetinə bu şəxslər vəzifəsində qalır: 

TAM SİYAHI

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri - 

Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi - Ərəstü Həbibbəyli

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini - Natiq Məmmədov

Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi - 

Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi - 

Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi - Sabir Bayramov

Hüquq şöbəsinin müdiri - 

Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov

Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov

Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev

Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə

Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri - Zemfira Sairbəyzadə

Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev

Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Qasım Abdullayev

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Müsəddiq Məmmədov 

Mətbuat xidmətinin rəhbəri - Ayaz Mirzəyev

İşlər müdiri - 

 



Xəbəri paylaş

531 dəfə oxunub.

Digər xəbərlər
2-05-2023, 11:05 Masazırda restoran YANDI