Tarix: 24-11-2023 | Saat: 12:45
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
İstismarına 2012-ci ildə başlanılmış “Ümid”qaz-kondensat yatağından, cari ilin oktyabr ayının sonunadək təqribən 8,2 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə 1,260 mln. tona yaxın kondensat hasil edilib.
“Yataqdan sutkada orta hesabla 6,7 mln. kubmetr qaz və 800 tondan artıq kondensat hasil edilir. Yatağın ehtiyatları isə 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir”, - məlumatda qeyd olunur.
"Ümid" yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir. O, Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. “Ümid” perspektivli struktur kimi 1953-cü ildə Azərbaycan geoloqları tərəfindən aparılan kəşfiyyat işləri zamanı müəyyən edilib.
“Ümid” yatağı Xəzər dənizi akvatoriyasında, Bakı şəhərindən 75 km cənubda yerləşir. Sahəsi 45 km² olan strukturun ərazisində dənizin dərinliyi 40-60 metr aralığındadır.
Digər xəbərlər