Ana Sayfa > Karusel / Cəmiyyət > Əli Əsədov onları vəzifəsindən AZAD ETDİ
Əli Əsədov onları vəzifəsindən AZAD ETDİ23-10-2019, 09:56. Yazar: Admin |
Yeni təyin olunan Baş Nazir Əli Əsədov Nazirlər Kabinetində kadr islahatlarına başlayıb. Qarabaginfo xəbər verir ki, Ə.Əsədovun müvafiq əmri ilə Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov, Baş Nazirin köməkçiləri Tofiq Sarıcalinski və Natiq Əzizov vəzifəsindən azad ediliblər. Həmin vəzifələrə hələlik yeni təyinat olmayıb. Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 8-də imzaladığı sərəncamla Əli Əsədov Baş Nazir təyin edilib. Xatırladaq ki, hazırda Nazirlər Kabnetinə bu şəxslər vəzifəsində qalır: TAM SİYAHI Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri - Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi - Ərəstü Həbibbəyli Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini - Natiq Məmmədov Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi - Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi - Azərbaycan Respublikası Baş Nazirinin köməkçisi - Sabir Bayramov Hüquq şöbəsinin müdiri - Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri - Zemfira Sairbəyzadə Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Qasım Abdullayev Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Müsəddiq Məmmədov Mətbuat xidmətinin rəhbəri - Ayaz Mirzəyev İşlər müdiri -
Geri dön |