Saytımızı qiymətləndirin


 
 

Jurnalistlərin axtardığı yaxşı sosioloqlar 10 nəfərə belə çatmır - ADLAR
Tarix: 16-10-2019 | Saat: 10:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Az qala bütün sahələrdən yazan jurnalistlərin şikayətləndiyi ortaq bir problem ekspert qıtlığı ilə bağlıdır. Kütləvi İnformasiya Vasitələrinin izləyiciləri də siyasi, iqtisadi, sosial, hərbi, iqtisadiyyat və s. sahələr üzrə eyni simaların açıqlamalarını oxumaqdan, görməkdən yorulurlar.

 

Sosial ekspertlərin azlığı bu sahədə bir növ monotonluq formalaşdırıb.


Qarabaginfo xəbər verir ki, ekspert qıtlığından şikayətlənən jurnalistlər Azərbaycanın ən yaxşı sosioloqlarının adlarını Modern.az-la  bölüşüblər. Həmkarlarımızın sadaladıqlarından görünür ki, ən yaxşı sosioloqların siyahısı 10 nəfərə belə çatmır.

 

Sputnik.az saytının müxbiri İradə Cəlil sadəcə iki sosioloqla işlədiyini bildirib:

 

“Mən sadəcə Əhməd Mansurov və Mehriban Nəsibi tanıyıram və mütəmadi olaraq sosial mövzuları onlarla işləyirəm”.

 

Ayna.az-ın müxbiri Təranə Xudabaxşıyeva da qeyd edib ki, jurnalistlər sosial mövzularda ekspert qıtlığı yaşayır.

 

“Düzdür, sosial mövzuları qabardanlar çoxdur. Daha çox sosial mövzulardan danışanlar sırasında Əkrəm Həsənov, Elyar Həsənov, Qənirə Paşayeva, Bəxtiyar Hacıyev, Samir Əliyev, Natiq Cəfərli, Fazil Musatafanı misal göstərmək olar.

Lakin  sırf sosioloq çox azdır. Şəxsən mən Əhməd Mansurovdan başqa heç kimi tanmıram”.

 

SalamNews.az-ın əməkdaşı Orxan Kərimov da sosial mövzularda ekspert qıtlığı yaşayan jurnalistlər arasındadır.


“Sosial mövzuda danışan ekspertlər çox azdır. Mən sadəcə Cavid İmamoğlunu tanıyıram”.

 

AFN.az-ın əməkdaşı Həbibə Abdulla bildirib ki, jurnalistlər nəinki sosial mövzularda, digər mövzularda da ekspert qıtlığı yaşayır.

 

“Mənim bu mövzuya yanaşmam təkcə sosioloqlarla bağlı deyil, ümumilikdə ekspertlərlə bağlıdır. Son illərdə bütün sahələrdə yaxşı ekspert qıtlığı yaşanır. Buna səbəb mən hər zaman deyirəm, ekspertlərin artıq özlərini reklam etməyə ehtiyac duymamalarıdır. Bildiyiniz kimi, bir neçə ildir xarici donorların Azərbaycanda fəaliyyəti məhdudlaşdırılıb, artıq hər QHT, hər ekspert əvvəllər olduğu kimi asanlıqla qrant ala bilmir. Ona görə də ekspertlər çox mediaya çıxmağa, özlərini reklam etməyə maraq göstərmirlər. Yəni, necə ki, tanınmaq, diqqət cəlb etmək lazım idi, o zaman ekspertlər hətta yazılı, hazır müsahibələr, rəylər göndərirdilər ki, dərc edək. Mən bunu şəxsi təcrübəmdən deyirəm”.

 

Həbibə Abdulla qeyd edib ki,  elə ki, xarici təşkilatların diqqətini cəlb etmək ehtiyacı olmadı, ekspertlər çəkildilər öz köşələrinə.

 

“O ki qaldı sosioloqlara, təəssüflə qeyd etməliyəm ki, bu sahədə ciddi boşluq var. Daha doğrusu, peşəkar qıtlığı var. Mediaya danışmaq həvəsində olan çox sosioloq adı çəkmək olar, amma onların peşəkarlığı yetərli deyil. Sosioloqlar indi daha çox reytinq dalınca qaçır. Pul verib efirlərə çıxırlar, amma saytlara pulsuz danışmırlar. Sözün açığı mənim şəxsən bir jurnalist kimi, fikirlərinə xüsusi etimad göstərdiyim, tez-tez müraciət etdiyim yeganə sosioloq Əhməd Qəşəmoğludur”.

 

“Yeni Müsavat” qəzetinin müxbiri Nərgiz Salmanova bildirib ki, ixtisasca sosioloqların sayı çox azdır.

 

“Mənim tez-tez  müraciət etdiyim ekspertim Əhməd Qəşəmoğludur. Azər QaraçənliAzad İsazadə Elnur Rüstəmov da sosioloq kimi suallarımızı cavablandırır. Sosial-psixoloji mövzularda ən çox deputatlar Qənirə Paşayeva, Fazil Mustafa danışır”.



Xəbəri paylaş

487 dəfə oxunub.

Digər xəbərlər