Saytımızı qiymətləndirin


 
 

Zəlzələnin Ağdamdakı fəsadları - FOTO - VİDEO
Tarix: 16-11-2017 | Saat: 18:23
Bölmə:Karusel / Sosial / Cəmiyyət | çapa göndər

 

 

Araşdırmalardan sonra aidiyyəti üzrə yardım olunacaq

 Zəlzələ Ağdam rayonunda fəsadlar yaradıb. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Üçoğlan kənd sakini Zəhra Səfərovaya məxsus fərdi yaşayış evi uçub. 

Ağdam Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Allahverən Əliyev bildirib ki, baş verən təbii fəlakət zamanı dəyən ziyanla bağlı hesablamalara başlanılıb: "Biz Nazirlər Kabineti Və Fövqəladə Hallar Nazirliyi qarşısında məsələ qaldırmışıq. Ümumi baxış yekunlaşandan sonra aidiyyəti üzrə yardım olunacaq". 



Xəbəri paylaş

655 dəfə oxunub.

Digər xəbərlər