Saytımızı qiymətləndirin


 
 

Leysan yağışlar Yevlaxda qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub
Tarix: 19-04-2019 | Saat: 10:48
Bölmə:Karusel / Region | çapa göndər

Leysan yağışlar Yevlaxda qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub

Qarabaginfo.az//

Leysan yağışlar Yevlax rayonunun Yuxarı Bucaq kəndi ərazisində sahil boyu fərdi təsərrüfatlarda təhlükə mənbəyini fəallaşdırıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, leysan yağışlar Əlican çayı boyu yerləşən qayalıq ərazilərdə qopma və yuyulmalara səbəb olub.

Yuxarı Bucaq kəndinə təsadüf edən sahil boyu fərdi təsərrüfatlar yuyulma və sürüşmə təhlükəsi ilə üzləşib. Kənd sakini Atay Hacıyevin fərdi təsərrüfat sahəsi daha çox təhlükəyə məruz qalıb. Əvvəlki dönəmlərdə də fəal yağıntılar zamanı burada müşahidə olunan yuyulma və qopmalar dünəndən bəri bir qədər də fəallaşıb.

 

Yaranmış vəziyyətlə bağlı FHN-in yerli nümayəndəliyinə məlumat verilib, əraziyə baxış keçirilib. Bələdiyyə nümayəndəsi Lətif Həsənovun dediyinə görə, yaranmış problemin profilaktik yolla qarşısının alınması üçün digər aidiyyəti qurumlar da məlumatlandırılıb və bu istiqamətdə məqsədyönlü addımların atılması nəzərdə tutulur.



Xəbəri paylaş

809 dəfə oxunub.

Digər xəbərlər