Saytımızı qiymətləndirin


 
 

Şəki sakinlərindən narkotik vasitə götürülüb
Tarix: 26-03-2019 | Saat: 11:02
Bölmə:Karusel / Region | çapa göndər

Şəki sakinlərindən narkotik vasitə götürülüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Rayon Polis Şöbəsinin əməkdaşları martın 24-də əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kamaləddin Bədəlov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman 0,110 qram çəkidə narkotik vasitə olan heroin və şəhər ərazisindəki yaşadığı evin zirzəmisindən sellofan torbada 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

ŞRPŞ əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı Anar Ələkbərovsaxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilən zaman 274 qrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır. 



Xəbəri paylaş

575 dəfə oxunub.

Digər xəbərlər