Saytımızı qiymətləndirin


 
 

Astara gömrüyündə 10 milyon manatlıq əməliyyat  - Fotolar
Tarix: 14-03-2019 | Saat: 17:04
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Astara gömrüyündə 10 milyon manatlıq əməliyyat

 

Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İrandan Ukraynaya aparılması cəhdinin qarşısını alıblar.

"Qarabaginfo" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən “Qafqazinfo.az”a verilən məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi İranın Astara şəhərindəki "Pardis Ceram Pajh CO" şirkətindən Ukraynanın Kiyev şəhərindəki "Architectuar Decor" şirkətinə "qarışıq" yük apararkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb.

Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı, “Jack” ləqəbli həmin xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb.



Xəbəri paylaş

556 dəfə oxunub.

Digər xəbərlər