Saytımızı qiymətləndirin


 
 

Ötən il Bakıda 15 056 nikah, 4772 boşanma halı qeydə alınıb
Tarix: 06-03-2019 | Saat: 14:34
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

 
Ötən il Bakı şəhərində qeydə alınan ölüm, nikah və boşanma hallarının, eyni zamanda, paytaxta gələn və gedənlərin sayı açıqlanıb.

Qarabaginfo xəbər verir ki, Dövlət Statistika Komitəsindən "Report"a bildirilib ki, şəhər üzrə, ümumilikdə, 13 117 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8 təşkil edib.

Ötən ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 15 056 nikah və 4772 boşanma halı qeydə alınıb. Eyni zamanda, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 2,1 olub.

Keçən il Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Miqrasiya Xidmətinin (DMX) müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Bakı şəhərinə 3367 nəfər gələn, paytaxtdan isə 5032 nəfər gedən qeydə alınıb.



Xəbəri paylaş

540 dəfə oxunub.

Digər xəbərlər