Kredit borclarını ödəməyənlərə qarşı cəza sərtləşir - 5 il həbs oluna bilərlər - 5 il həbs oluna bilərlər
Tarix: 13-10-2017 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat / Cəmiyyət | çapa göndər
826 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-10-2017 | Saat: 10:57
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat / Cəmiyyət | çapa göndər

Kreditor borcları ödəməkdən qəsdən yayınmaya görə cəzalar sərtləşdirilir.
Bununla bağlı Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.
Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Maddə 196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi oktyabrın 20-də Milli Məclisin müzakirəsinə çıxarılacaq(modern.az).
Xəbəri paylaş
Digər xəbərlər
26-05-2021, 13:46
Sabahın hava proqnozu açıqlandı
4-01-2022, 18:49
Elman Nəsirov unun bahalaşmasını təqdir edib? - “Allah belələrinin cəzasın versin...”
13-09-2024, 14:13
Eşşəklərimiz AZALIB
10-01-2023, 10:15
Ötən ilin ən yaxşı məşqçisi açıqlandı - FOTO
14-07-2023, 17:52
Zimbabvedə hökuməti tənqidə görə ölüm hökmü veriləcək
14-12-2021, 15:06
Tural Gəncəliyev Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
1-01-2021, 10:06
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış başlayıb
27-11-2024, 17:42
Rusiya “Pervıy” kanalın Almaniyadakı ofisinin bağlanmasını növbəti senzura aktı adlandırıb
29-01-2022, 13:54
Avropa ölkələrində minimum əmək haqqı - SİYAHI

















