Yanvar ayında argentinalı futbolçu Emiliano Salanı Fransadan İngiltərəyə daşıyarkən radardan itən şəxsi təyyarənin qalıqları tapılıb.

"Qarabaginfo" xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin qalıqları La-Manş boğazında aşkar edilib.

Bu barədə Sala ailəsi tərəfindən muzdla tutulan təhqiqatçı Devid Mearns "Twitter" hesabında məlumat verib: "Emiliano Sala ilə pilot Devid İbbotsonu daşıyan təyyarənin qalıqları bazar günü FPV MORVEN axtarış gəmisi tərəfindən tapılıb".

O, futbolçunun atası və İbbotsonun ailələrinin polis tərəfindən məlumatlandırıldığını bildirib.

Xatırladaq ki, yanvarın 21-də Nantdan Kardiffə uçan “Payper Malibu N264DB” təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində argentinalı futbolçu və pilot Devid İbbotson olub.