Saytımızı qiymətləndirin


 
 

Novxanıdakı yürüşlə bağlı rəsmi məlumat - Asayişi pozmaq istəyiblər
Tarix: 31-01-2019 | Saat: 17:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

Abşeron Rayon Polis İdarəsi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Novxanı kəndində təşkil olunan yürüşlə bağlı açıqlama yayıb.

 

"Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər".

Abşeron Rayon Polis İdarəsindən Modern.az-a verilən açıqlamada belə deyilib.


Rəsmi məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək, ictimai asayişi pozmağa cəhd ediblər.

Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.


Xəbəri paylaş

547 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70