Ana Sayfa > Karusel / Gündəm > Novxanıdakı yürüşlə bağlı rəsmi məlumat - Asayişi pozmaq istəyiblər
Novxanıdakı yürüşlə bağlı rəsmi məlumat - Asayişi pozmaq istəyiblər31-01-2019, 17:23. Yazar: Admin |
Abşeron Rayon Polis İdarəsi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə Novxanı kəndində təşkil olunan yürüşlə bağlı açıqlama yayıb.
"Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər". Abşeron Rayon Polis İdarəsindən Modern.az-a verilən açıqlamada belə deyilib.
Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Geri dön |