Saytımızı qiymətləndirin


 
 

Qara Qarayev: "Son illərin ən yaxşı "Neftçi"sinə qarşı oynayacağıq"
Tarix: 31-01-2019 | Saat: 16:36
Bölmə:Karusel / İdman | çapa göndər

"Neftçi" ilə oyuna hamı hazırdır. Heyətlə bağlı problem yoxdur". 

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının XV turunda keçirəcəkləri qarşılaşma barədə danışarkən deyib. 27 yaşlı yarımmüdafiəçi son illərin ən yaxşı "Neftçi"sinə qarşı oynayacaqlarını bildirib: "Liderə qarşı oynamaq hər zaman məsuliyyətlidir. Rəqibin sürətli oyubçular var. Onlara qarşı diqqətli olmalıyıq". 

Qarayev son günlər geniş müzakirəyə səbəb olan açıqlamasına da aydınlıq gətirib: "Tənqidlər bizə hər zaman lazımdır. Hər zaman haqlı tənqidlərə açıq olmuşuq. Mən təhqirlərə irad bildirmişəm. Tənqid hər kəsin haqqıdır".

Qeyd edək ki, fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq. 



Xəbəri paylaş

528 dəfə oxunub.

Digər xəbərlər