Saytımızı qiymətləndirin


 
 

Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub
Tarix: 26-12-2018 | Saat: 16:07
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

Azərbaycan nümayəndə heyəti İranda səfərdə olub

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti və İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslamin rəhbərlik etdiyi İran nümayəndə heyəti Astara yükaşırma terminalının tikintisinin gedişi ilə tanış olub, Astaraçay çayı üzərində yeni körpünün inşa olunacağı əraziyə baxış keçiriblər.

"Qarabaginfo" xəbər verir ki, nümayəndə heyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin, Astara Rayon İcra Hakimiyyətinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbər şəxsləri daxildir.

Azərbaycan və İran nümayəndə heyətləri Astaraçay çayı üzərində yeni körpünün tikiləcəyi əraziyə baxış keçiriblər. Qeyd edək ki, körpünün uzunluğu 100 metr, eni 18 metrə yaxın olacaq.

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-İran əlaqələrindən danışan nazir Şahin Mustafayev son illərdə ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Təkcə son 5 ildə Azərbaycan və İran dövlət başçıları arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox İran şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2017-ci ildə 16%, 2018-ci ilin yanvar-sentyabr aylarında isə 73% artıb.

Görüşdə iqtisadi-ticarət əlaqələrinə, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsinə, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair müzakirələr aparılıb.

 



Xəbəri paylaş

544 dəfə oxunub.

Digər xəbərlər