Sahil Babayev sədr oldu, bu məmurlara vəzifə verildi - DOST Agentliyinin Müşahidə Şurasının üzvləri bəlli oldu + SİYAHI
Tarix: 21-12-2018 | Saat: 17:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
650 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-12-2018 | Saat: 17:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclası keçirilib.
"Qarabaginfo" xəbər verir ki, bu barədə Mia.az-a nazirlikdən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə Agentliyin təsdiq olunmuş Nizamnaməsinə əsasən, Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və İdarə Heyəti yaradılıb.
Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət olmaqla, Şuranın sədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyevdir.
Müşahidə Şurasının sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən DOST Agentliyi və "DOST” mərkəzlərinin yaradılması istiqamətində işlər davam edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan "DOST” layihəsi əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində, "bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.
Nazir Müşahidə Şurasının Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcəyini deyib. O qeyd edib ki, nizamnaməyə əsasən Agentliyin fəaliyyəti ilə bağlı müstəqil qərar vermək səlahiyyətinə malik olan Şura Agentliyin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyənləşdirəcək, habelə müvafiq sənədləri təsdiq edəcək.
İclasda DOST Agentliyinin və "DOST İş Mərkəzi”nin fəaliyyətinin təşkili məsələləri müzakirə olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST Agentliyi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev isə "DOST İş Mərkəzi” ilə bağlı təqdimatlarla çıxış ediblər
Xəbəri paylaş
Digər xəbərlər
19-10-2021, 17:18
Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
18-07-2024, 12:21
DSX və DİN birgə əməliyyat keçirib
2-06-2022, 10:28
Mustafa Şentop Azərbaycana gəlib
30-10-2024, 08:00
Aİ və NATO “avtoritar” dövlətlərlə mübarizə üçün işçi qrupu yaradacaq
3-06-2022, 21:32
Ərdoğan İsveç və Finlandiyadan tələblərini açıqladı
24-09-2024, 20:54
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb
12-12-2021, 13:20
Fövqəladə hallar naziri: “Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini yerinə yetirdi”
23-09-2020, 12:55
Nazirlər Kabineti doğum və ölüm haqqında elektron şəhadətnamə formalarını hazırlayacaq
15-05-2024, 10:38
Milli QHT Forumunun yeni rəhbərliyi - İdarə Heyətinin üzvləri - DOSYE