Saytımızı qiymətləndirin


 
 

"Qarabağ" Azərbaycan Premyer Liqasında liderliyə yüksəlib
Tarix: 27-09-2018 | Saat: 11:37
Bölmə:Karusel / İdman | çapa göndər

 

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun təxirə salınmış “Qarabağ” – “Zirə” oyunu keçirilib.

Qarabaginfo" “Report.az”a istinadən  xəbər verir ki, Ağdam təmsilçisi “Azərsun Arena”da baş tutan görüşdə qələbə qazanıb - 3:2.

Meydan sahiblərinin qollarına 28-ci dəqiqədə penaltidən Filip Ozobiç, 48 və 85-ci dəqiqələrdə İnnosent Emeqara imza atıb. Qonaqların heyətində isə 56 və 85-ci dəqiqələrdə Mirsahib Abbasov fərqlənib.

Bu qələbə sayəsində xalını 13-ə çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəlibQurban Qurbanov rəhbərlik etdiyi kollektiv "Neftçi" ilə eyni xala malik olsa da, top fərqində üstün olduğu üçün liderə çevrilib.

“Zirə” isə 1 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.



Xəbəri paylaş

651 dəfə oxunub.

Digər xəbərlər