Saytımızı qiymətləndirin


 
 

AQTA sabahdan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında nəzarətə başlayacaq
Tarix: 07-07-2018 | Saat: 09:22
Bölmə:Karusel / Sosial | çapa göndər

 

aqta sabahdan kend teserrufati mehsullarinin satis yarmarkalarinda nezarete baslayacaq ekskluziv
 

Sabahdan Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.

 

"Qarabaginfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin "APA-Economics"ə verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərindəki yarmarkalarda fəaliyyət göstərəcək Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçiriləcək və ehtiyac yarandığı halda laborator müayinələr aparılacaq.

 

Onun sözlərinə görə, qaydalara əsasən gün ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılacaq və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa həmin məhsulun satışı dərhal dayandırılacaq



Xəbəri paylaş

576 dəfə oxunub.

Digər xəbərlər