Saytımızı qiymətləndirin


 
 

FHN: "Mingəçevirdə İES-də yanğın söndürülüb, elektrik enerjisinin verilişi bərpa olunur - YENİLƏNİB-1
Tarix: 03-07-2018 | Saat: 10:08
Bölmə:Karusel / Sosial | çapa göndər

 

fhn mingecevirde ies de yangin sondurulub elektrik enerjisinin verilisi berpa olunur yenilenib 1

Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır.

 

"Qarabaginfo" "Apa.az"aistinadən xəbər verir ki, yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”,  deyə FHN rəsmisi bildirib.

 

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.

 

***

 

01:44

 

Mingəçevirdə İES-də yanğın söndürülüb.

 

"Qarabaginfo" "Apa .az"a istinadən xəbər verir ki, Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

 

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

 

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və  yarımstansiyada baş verən yanğın söndürülüb.

 

***

 

01:11

 

Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib hal hazırda yanğın davam edir.

 

 FHN-nin Mingəçevir və ətraf rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.

 

Hadisənin səbəbi hələlik məlum deyil. Hazırda ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb. 

"


Xəbəri paylaş

611 dəfə oxunub.

Digər xəbərlər