Saytımızı qiymətləndirin


 
 

Qubadakı qəzada ölənlərin sayı 5-ə çatdı - Fotolar
Tarix: 25-08-2021 | Saat: 11:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qubadakı qəzada ölənlərin sayı 5-ə çatdı

 

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Qarabaginfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

APA-nın məlumatına görə, “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Qəzada ölən şəxslərin meyiti morqa aparılıb.

Fotolar: Report.az

 


 



Xəbəri paylaş

291 dəfə oxunub.

Digər xəbərlər