Saytımızı qiymətləndirin


 
 

İsrail Azərbaycana təşəkkür edib
Tarix: 17-08-2021 | Saat: 14:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

İsrail Azərbaycana təşəkkür edib

İsrail Xarici İşlər Nazirliyi (XİN) yanğınlarla mübarizədə kömək təklifi üçün Azərbaycan XİN-ə təşəkkür edib.

Qarabaginfo.az-ın xəbərinə görə, İsrail XİN "Twitter"də etdiyi paylaşımında "Həmrəylik və dostluq üçün təşəkkürlər, Azərbaycan XİN. Çox sağ olun!" yazıb.

Qeyd edək ki, artıq üçüncü gündür, İsrail yanğınsöndürmə və xilasetmə qrupları Yerusəlimin (Qüds) qərbində böyük meşə sahəsini və təpələri əhatə edən, ətrafdakı yaşayış məntəqələrinə də təhlükə yaradan yanğınlarla mübarizə aparır.

İsrailin Yanğınla Mübarizə və Xilasetmə Xidməti bildirib ki, ən azı 17 000 hektar ərazi yanıb. Yanğınla mübarizəyə 110 yanğınsöndürmə qrupu, 10 təyyarə cəlb olunub. Bunun ölkə tarixinin ən böyük meşə yanğınlarından biri olduğu bildirilir.

İsrail XİN bildirib ki, hava dəstəyi üçün Yunanıstan, Kipr, İtaliya, Fransa və digər ölkələrə müraciət olunub.



Xəbəri paylaş

295 dəfə oxunub.

Digər xəbərlər