Saytımızı qiymətləndirin


 
 

Dünya şöhrətli həkimlər Bakıda qaziləri müayinə edir
Tarix: 12-08-2021 | Saat: 12:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

Səhiyyə Nazirliyi və “YAŞAT” Fondunun təşkilatı dəstəyi ilə dünya şöhrətli azərbaycanlı alim həkimlərimiz öz təşəbbüsləri ilə qazilərimizi tibbi müayinə edirlər.

 

Nazirlikdən Qarabaginfo.az-a verilən məlumata görə, avqustun 12-dən 14-ə kimi Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina, Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina, Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina Bakı Sağlamlıq Mərkəzində planlaşdırılmış, şikayəti olan Vətən müharibəsi iştirakçılarının tibbi müayinə və müalicələrini aparırlar.

 

Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətəni heç vaxt unutmayıb, diasporamızla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Məsud Aşina Prezident İlham Əliyevin sərəncamı ilə “YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib



Xəbəri paylaş

292 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70