Saytımızı qiymətləndirin


 
 

Şuşada tullantılar ağıllı texnologiyalar əsasında idarə ediləcək
Tarix: 09-08-2021 | Saat: 13:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Şuşada tullantılar ağıllı texnologiyalar əsasında idarə ediləcək

 

Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə yeni və çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.

Dövlət başçısının Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılmışdır.

İlkin mərhələdə şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunmuş, küçələrdə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılmış, hərbi hissələrin və müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilmişdir. Tullantıların yerləşdirilməsi üçün 200 ədəd xüsusi konteyner gətirilərək quraşdırılmışdır. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda  “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən davam etdirilir.

İllərdir bu ərazilərdə hökm sürən ekoloji terrorun fəsadlarını aradan qaldıraraq Şuşanı şəhərlərin ən təmizi etmək məqsədini qarşısına qoyan “Təmiz Şəhər” ASC üzərinə düşən vacib missiyanı ən qısa zamanda yerinə yetirməyi planlaşdırır.



Xəbəri paylaş

290 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70