Saytımızı qiymətləndirin


 
 

Borel İsrail hökumətinin iki nazirinə qarşı sanksiyalar təklif edib
Tarix: 30-08-2024 | Saat: 07:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Borel İsrail hökumətinin iki nazirinə qarşı sanksiyalar təklif edib

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel Brüsseldə keçirilən görüşdə birliyin xarici işlər nazirlərinə İsrail hökumətinin iki nazirinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə Aİ-nin 27 ölkəsinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Təkliflə bağlı hələlik heç bir razılığın əldə olunmadığı bildirilir.

“Mən nazirlərin və texniki xidmətlərin masasına İsrail nazirlərinə insan haqlarının pozulmasına görə sanksiyalar tətbiq etmək təklifini vermişəm. Təbii ki, hələlik yekdillik yoxdur, amma proses başlayıb. Nazirlər bütün şərtləri nəzərə alaraq siyasi qərar verəcəklər”, - deyə o bildirib.



Xəbəri paylaş

101 dəfə oxunub.

Digər xəbərlər