Saytımızı qiymətləndirin


 
 

TƏBİB: Son günlərdə yoluxmaların sayında kəskin artım var
Tarix: 26-07-2021 | Saat: 15:29
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

 

TƏBİB: Son günlərdə yoluxmaların sayında kəskin artım var

 

"Son günlərdə yoluxmaların sayında kəskin artım var".

Qarabaginfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, iyunun sonunda yoluxma faizi 1 faizdən aşağı düşsə də, son gülər 5 faizə qədər artıb: "Bu, ciddi artımdır".

Y. Qarayeva bildirib ki, şəhər və rayonlar üzrə yoluxma sayı yenə də ən çox Bakıdadır, 54 faiz: "Paytaxtda isə ən çox yoluxma Binəqədidədir".

Onun sözlərinə görə, yanvarın 18-dən başlayaraq, ölkədə vaksinasiya davam edir, ümumilikdə vaksinasiya sayı 4 milyondur: "Vaksinasiya könüllülük əsasında aparılır. Səyyar olaraq Bakının bütün böyük müəssisələrində 62 min dozadan çox vaksinasiya aparılıb. Bu gün Azərbaycanda xəstəliyi keçirmiş şəxsə 6 aydan sonra istənilən vaksindən 1 doza ilə immun sertifikatı verilir. İki vaksin olunanlar da 6 aydan sonra revaksinasiya oluna bilər".



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər