Saytımızı qiymətləndirin


 
 

AVRO-2020: Yarımfinal cütləri bəlli olub
Tarix: 04-07-2021 | Saat: 08:33
Bölmə:Karusel / İdman | çapa göndər

 

<span class="red_color">AVRO-2020: </span>Yarımfinal cütləri bəlli olub

AVRO-2020-nin İngiltərənin paytaxtı Londonda təşkil olunacaq həlledici matçlarının iştirakçıları bəlli olub.

Qarabaginfo.az xəbər verir ki, “Uembli”də baş tutacaq yarımfinal oyunlarına son vəsiqəni İngiltərə qazanıb.

Futbolun yaradıcıları 1/4 finalda Ukrayna üzərində qələbə ilə doğma arenaya qayıtmaq imkanı əldə edib. Qaret Sautqeytin yetirmələri iyulun 7-dəki yarımfinal matçında Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bir gün öncə eyni saat və eyni məkanda ilk finalçı bəlli olacaq. Həmin yarımfinalda İtaliya ilə İspaniya görüşəcək.

Qeyd edək ki, iyulun 11-dəki final oyunu da “Uembli”də keçiriləcək.
AVRO-2020
Yarımfinal
6 iyul
23:00. İtaliya – İspaniya

London. “Uembli” stadionu
7 iyul
23:00. İngiltərə - Danimarka

London. “Uembli” stadionu



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər