Ana Sayfa > Karusel / İdman > AVRO-2020: Yarımfinal cütləri bəlli olub
AVRO-2020: Yarımfinal cütləri bəlli olub4-07-2021, 08:33. Yazar: Admin |
AVRO-2020-nin İngiltərənin paytaxtı Londonda təşkil olunacaq həlledici matçlarının iştirakçıları bəlli olub. Qarabaginfo.az xəbər verir ki, “Uembli”də baş tutacaq yarımfinal oyunlarına son vəsiqəni İngiltərə qazanıb. Futbolun yaradıcıları 1/4 finalda Ukrayna üzərində qələbə ilə doğma arenaya qayıtmaq imkanı əldə edib. Qaret Sautqeytin yetirmələri iyulun 7-dəki yarımfinal matçında Danimarka ilə üz-üzə gələcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bir gün öncə eyni saat və eyni məkanda ilk finalçı bəlli olacaq. Həmin yarımfinalda İtaliya ilə İspaniya görüşəcək. Qeyd edək ki, iyulun 11-dəki final oyunu da “Uembli”də keçiriləcək. Geri dön |