Şuşa Bəyannaməsindən ermənilərin narahatlığı - Nəsiman Yaqublunun yazısı
Tarix: 17-06-2021 | Saat: 11:26
Bölmə:Karusel / Yazar | çapa göndər
1435 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-06-2021 | Saat: 11:26
Bölmə:Karusel / Yazar | çapa göndər

2021-ci ilin 15 iyununda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müstəqillik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı.Əslində yalnız hər iki dövlətin deyil, eləcə də Cənubu Qafqaz regionunda ümumi inkişafa ciddi şərait yaradan bu bəyannamə sülhsüevər bütün xalqlar üçün əhəmiyyətli və dəyərlidir.Məsələn, bu sənədin imzalanmasını Cənubi Qafqazda yaşayan digər xalqlar- o cümlədən gürcülər çox razılıqla qarşılayırlar.Bəs erməniləri bu sənəd niyə narahat edir?
103 il əvvəl 1918-ci ilin iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum şəhərində tarixi müqavilə imzalandı və bu sənədə əsasən türklər- Qafqaz İslam Ordusu Azərbaycan ərazisinə daxil olub erməni işğalı altında olan torpaqlarımızı azad etməyə başladı.O zaman ermənilərin əsas siyasi liderlərindən olan S.Şaumyan Rusiyaya – Leninə hər gün bir həyəcan dolu teleqram göndərir türklərin qarşısını almağa çağırırdı.İmzalanan Batum müqaviləsi S.Şaumyanı və onun kimi zərərli məsləkdaşalrını ciddi təşvişə salmışdı.Nəticədə qardaş Türkiyənin köməyi ilə Bakı və Bakı ətrafı bölgələr ermənilərdən və digər xəyanətkar qüvvələrdən azad olundu.Azərbaycan müstəqil dövlət olaraq dünya dövlətləri tərəfindən də tanındı.
103 il sonra Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsindən də bəzi erməni siyasətçiləri eyni təşviş hisslərini keçirir- Ermənistan Xarici İşlər Nazirliyi etiraz bəyanəti səsləndirir, prezidentliyə namizəd R.Köçəryan az qalır seçki platformasını bütövlükdə Şuşa Bəyyannəməsinin əleyhinə olan sözlərlə doldursun vəs.Onların üz tutduğu müasir “leninlər”(Rusiya, Franasa,müxtəlif ölkələrdəki lobbi və diaspor təşkilatları) isə deyəsən həqiqəti başa düşür və erməni təcavüçünün və yalanlarının daha müdafiəçisinə çevrilmək istəmirlər.Çünki Şuşa Bəyannaməsində beynəlxalq hüquq normalarına zidd olan nə var ki? Sadəcə bu sənəd o faktı sübuta yetirir ki, erməni işğalı və təcavüzü bir daha təkrarlana bilməz.Çünki Azərbaycan dövlətinin yanında Türkiyə kimi güçlü bir dövlət dayanıb.
Əslində bu sənəddə ermənilərin də normal həyata qayıtması imkanları vurğulanıb.Yəni Zəngəzur dəhlizinin açılması ilə ermənilər özlərinin yaratdıqları ümumitəcriddən xilas ola bilirlər.
Şuşa Bəyannaməsinin əhəmiyyətliyini deyəsən düzgün anlamağa və dəyərləndirməyə özündə güc tapan erməni siyasətçiləri də görünməyə başalyır.Tanınmış siyasətçi Levon Ter-Petrosyan Qarabağ məsələsinin artıq tarixdə qaldığı fikrini erməni ictimaiyyətinə çatdırmaqdadır.
Zaman keçdikcə Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti yaşadığımız həyatın özündən yaranan yeni gerçəkliklərlə təsdiq olunacaq.
(Moderator)
Xəbəri paylaş
Digər xəbərlər
12-01-2026, 22:58
“Nə qızıl, nə platin, nə də neft...” - Əsas bu ikihərfli söz
23-11-2021, 23:24
"Ermənistan və Azərbaycan sərhədin delimitasiyası məsələsində ortaq məxrəc tapmalıdır"
17-01-2025, 13:07
Ağdərədə Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
19-01-2021, 17:05
"ASAN xidmət"in Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
7-09-2023, 12:05
Kəlbəcərdə 60 faiz ərazi minalardan təmizlənib
20-04-2025, 13:53
Cənubi Koreya hava qüvvələrinin bütün uçuşlarına qadağa qoyub
2-01-2025, 21:15
Milyarderlərin siyahısı açıqlandı: İlk üçlükdə azərbaycanlı var
25-01-2022, 10:30
Bakıda evə silahlı basqın edildi - Xəsarət alan var
25-02-2026, 17:43
Polşa prezidentinin ofisindən 140 min dollar oğurlanıb
13-06-2022, 19:22
Ankarada seldə batan daha bir şəxsin meyiti tapılıb



















