Ana Sayfa > Karusel / Yazar > Şuşa Bəyannaməsindən ermənilərin narahatlığı - Nəsiman Yaqublunun yazısı

Şuşa Bəyannaməsindən ermənilərin narahatlığı - Nəsiman Yaqublunun yazısı


17-06-2021, 11:26. Yazar: Admin
Şuşa Bəyannaməsindən ermənilərin narahatlığı - Nəsiman Yaqublunun yazısı
2021-ci ilin 15 iyununda  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında  müstəqillik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı.Əslində yalnız hər iki dövlətin deyil, eləcə də  Cənubu Qafqaz regionunda ümumi inkişafa ciddi şərait yaradan bu bəyannamə sülhsüevər bütün xalqlar üçün əhəmiyyətli və dəyərlidir.Məsələn, bu sənədin imzalanmasını Cənubi Qafqazda yaşayan digər xalqlar- o cümlədən gürcülər çox razılıqla qarşılayırlar.Bəs erməniləri bu sənəd niyə narahat edir?
103 il əvvəl  1918-ci ilin iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum şəhərində tarixi müqavilə imzalandı və bu sənədə əsasən türklər- Qafqaz İslam Ordusu Azərbaycan ərazisinə daxil olub erməni işğalı altında olan torpaqlarımızı  azad etməyə başladı.O zaman ermənilərin əsas siyasi liderlərindən olan S.Şaumyan Rusiyaya – Leninə  hər gün bir həyəcan dolu teleqram göndərir türklərin qarşısını almağa çağırırdı.İmzalanan Batum müqaviləsi S.Şaumyanı və onun kimi zərərli məsləkdaşalrını ciddi təşvişə salmışdı.Nəticədə qardaş Türkiyənin köməyi ilə Bakı və Bakı ətrafı bölgələr ermənilərdən və digər xəyanətkar qüvvələrdən azad olundu.Azərbaycan müstəqil dövlət olaraq dünya dövlətləri tərəfindən də tanındı.
     
103 il sonra Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsindən də bəzi erməni  siyasətçiləri eyni  təşviş hisslərini keçirir- Ermənistan Xarici İşlər Nazirliyi etiraz bəyanəti səsləndirir, prezidentliyə namizəd R.Köçəryan az qalır seçki platformasını  bütövlükdə Şuşa Bəyyannəməsinin əleyhinə olan sözlərlə doldursun vəs.Onların üz tutduğu  müasir “leninlər”(Rusiya, Franasa,müxtəlif ölkələrdəki lobbi və diaspor təşkilatları) isə deyəsən həqiqəti başa düşür və erməni təcavüçünün və yalanlarının daha müdafiəçisinə çevrilmək istəmirlər.Çünki Şuşa Bəyannaməsində beynəlxalq hüquq normalarına zidd olan nə var ki? Sadəcə bu sənəd o faktı sübuta yetirir ki, erməni işğalı və təcavüzü bir daha təkrarlana bilməz.Çünki  Azərbaycan dövlətinin  yanında Türkiyə kimi güçlü bir dövlət dayanıb.
   
Əslində bu sənəddə ermənilərin də normal həyata qayıtması imkanları vurğulanıb.Yəni Zəngəzur dəhlizinin açılması ilə ermənilər özlərinin yaratdıqları ümumitəcriddən xilas ola bilirlər.
       
Şuşa Bəyannaməsinin əhəmiyyətliyini deyəsən düzgün anlamağa və dəyərləndirməyə özündə güc tapan erməni siyasətçiləri də görünməyə başalyır.Tanınmış siyasətçi Levon Ter-Petrosyan Qarabağ məsələsinin artıq tarixdə qaldığı fikrini erməni ictimaiyyətinə çatdırmaqdadır.
         
Zaman keçdikcə Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti  yaşadığımız həyatın özündən yaranan yeni gerçəkliklərlə təsdiq olunacaq. 
(Moderator)

Geri dön