Saytımızı qiymətləndirin


 
 

"Muğam Dünyası" klubu "26 il Xocali bugünkü gəncliyin gözü ilə" adlı tədbir keçirib (FOTO)
Tarix: 26-02-2018 | Saat: 12:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

"Qarabaginfo" xəbər verir ki, "Muğam Dünyası" klubunda "26 il Xocali bugünkü gəncliyin gözü ilə" adlı tədbir keçirilib.

Tədbir iştirakçıları "Xocalıya Ədalət" kompaniyası çərcivəsində, "Həqiqət" tarixi araşdırmalar İctimai birliyi , ƏSMID nəzdində Muğam Dünyası klubu, Milli Azərbaycan Tarixi Muzeyinin muzeyşunaslar və muzey sevərlər klubunun dəstəyi ilə Şəhidlər muzeyini ziyarət ediblər.

“Muğam Dünyası” klubunun sədri Nicat Müslümov Xocalı faciəsindən söz açaraq bildirib ki, erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 155 nəfərin taleyi isə hələ də məlum deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib.

"Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülübş, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıbdır. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir",- klub sədri vurğulayıb.

“Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq "Muğam Dünyası" qrupunu yaratdıq ki, muğamımızı nəyin ki Azərbaycanda, ölkəmizdən kənarda da təbliğ edək. Bizim "Muğam Dünyası" qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır”-deyə o bildirib.



Xəbəri paylaş

700 dəfə oxunub.

Digər xəbərlər