Rusiya hərbçiləri Azərbaycanda artıq rus dili və ədəbiyyatının tədrisinə də başladı...-FOTOLAR
Tarix: 11-06-2021 | Saat: 10:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1460 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-06-2021 | Saat: 10:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiya hərbi qulluqçuları ümumilikdə 50 dəfədən çox erməni uşaqları ziyarət ediblər. Ümumilikdə bu tədbirlərdə 4600-dən çox məktəbli və tələbə iştirak edib...”
“Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Dağlıq Qarabağın Əsgəran şəhərindəki orta məktəblərə açıq rus dili dərslərinə dəvət edilib”.

Qarabaginfo.az xəbər verir ki, bu məlumat göründüyü kimi, hələ də “Dağlıq Qarabağ” söz birləşməsini ərazi vahidi kimi təqdim edən Rusiya Müdafiə Nazirliyinin rəsmi saytı tərəfindən yayılıb.
“Dərslər zamanı erməni şagirdlər qonaqlar üçün rus şair və yazıçılarının əsərlərini oxuyublar. Öz növbəsində sülhməramlılar da onlara rus dilinin və ədəbiyyatının yaranma tarixi barədə danışıblar.
Bundan əlavə, rus hərbçilər "sülhməramlı" və "sülh" sözlərinin mənasını izah ediblər. Uşaqlara sülhməramlıların Dağlıq Qarabağ zonasında yerinə yetirdiyi vəzifələr barədə də danışıblar.
“Məktəbimizdə şagirdlər II –XII siniflərdə rus dilini öyrənirlər və əksəriyyəti buraxılış imtahanında rus dilini seçirlər. Rus hərbi personalının gəlişi ilə uşaqlar bu dili öyrənməyə daha çox maraq göstərməyə başlayıblar ”-deyə rus dili və ədəbiyyatı müəllimi Liana Karapetyan bildirib.
Dərsin sonunda hərbi qulluqçular uşaqlara qarşıdakı tətillər ərəfəsində gündəlik fəaliyyətlərində təhlükəsizlik tələbləri, eləcə də ilk tibbi yardımın göstərilməsi üsulları barədə məlumat veriblər.
Dağlıq Qarabağ ərazisindəki sülhməramlı vəzifələrinin icrası zamanı Rusiya hərbi qulluqçuları tarixlə bağlı interaktiv dərslər, vətənpərvərlik aksiyaları və tematik yaradıcılıq görüşləri keçirmək üçün 50 dəfədən çox erməni uşaqları ziyarət ediblər. Ümumilikdə bu tədbirlərdə 4600-dən çox məktəbli və tələbə iştirak edib” –Rusiya MN-in məlumatında belə deyilir. (moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
6-10-2020, 15:40
Azərbaycanda son sutkada 143 nəfər COVID-19-a yoluxub, 126 nəfər sağalıb, 2 nəfər vəfat edib
14-05-2026, 10:06
Tramp öldürüləcəyi halda Vensə gizli məktub qoyub
3-06-2026, 14:37
Ermənistanda seçkilərə 4 gün qalıb: Kim kimdir?
7-10-2025, 14:53
Fransanın keçmiş Baş naziri Makronu istefaya çağırıb
4-08-2022, 09:34
XİN: Ermənistanın Azərbaycanı üçtərəfli bəyanatı pozmaqda ittiham etməsi riyakarlıqdır
8-02-2023, 20:19
Naxçıvandan Türkiyəyə 12 TIR yola düşdü - Foto
28-07-2022, 16:57
Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib - VİDEO
23-08-2022, 21:18
“Yaponiya Ukraynanın yenidən qurulması üçün əlindən gələni edəcək”
24-09-2021, 18:11
Oktyabrın 1-dən ictimai nəqliyyat həftəsonu işləyəcək

















