"Əlbəttə, Şuşa qəsdən təslim edildi; bəli, əsas xain odur...”
Tarix: 11-06-2021 | Saat: 10:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1448 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-06-2021 | Saat: 10:49
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistanın baş naziri vəzifəsini icra edən, "Vətəndaş müqaviləsi" blokundan baş nazirliyə namizəd Nikol Paşinyan Lori vilayətinin sakinləri ilə görüşündə işğalçı ölkənin terrorçu eks- prezidenti, "Ermənistan" blokundan baş nazirliyə namizədi Robert Köçəryanın Şuşanın qəsdən təslim edilməsi haqda şübhələrinə münasibət bildirib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Paşinyana görə, bir çoxları, o cümlədən Ermənistan daxilində olanlar, erməni tərəfinin son müharibədə qalib gəlməməsi üçün mümkün olan hər şeyi ediblər.
"Əlbəttə, Şuşa qəsdən təslim edildi. Çünki Şuşanı müdafiə etmək əvəzinə sizlər hücum etmək üçün Respublika Meydanındakı hökumət binasını mühasirəyə aldınız. Bəs niyə Şuşanın təslim olmasını gözlədiniz?" – deyə Nikol Paşinyan sual edib.
Paşinyan əlavə edib ki, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan Şuşanın təslim olma əmrini kimin verdiyini söyləməlidir. "Yəni mən də əmr verdim, o da?" - deyən Nikol seçicilərdən birinin əsas xainin icraçının olması iradına cavab olaraq söyləyib: "Bəli, əsas xain odur". (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
22-11-2021, 10:45
Alimpaşa Məmmədovun həbs müddəti uzadılıb
14-10-2022, 10:22
Bakıda ticarət obyekti yanır - VİDEO
13-01-2024, 12:55
Tanınmış jurnalist dələduzların hədəfində - xanımlar aldadıldı
16-05-2024, 17:17
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
14-10-2025, 08:11
Tramp oktyabrın 17-də Zelenski ilə görüşəcəyini təsdiqləyib
15-06-2022, 12:50
Müdafiə naziri “Dəniz təməl komando kursu”nun növbəti buraxılış mərasimində iştirak edib - FOTO
18-08-2025, 09:04
Avropa ABŞ-ın Rusiyanın tərəfdaşları üçün sanksiyalarından narahatdır
17-09-2021, 00:00
"Bazel"in baş məşqçisi: "Qarabağ" bizdən üstün idi"

















