Bu gün İrəvanda Muradovdan Kəlbəcərdə yaxalanmış 6 diversant haqda "müsbət xəbər" gözləyirlər...
Tarix: 03-06-2021 | Saat: 10:03
Bölmə:Karusel / Region | çapa göndər
1431 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-06-2021 | Saat: 10:03
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri dünən - çərşənbə günü Moskvada Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərindəki gərginliyi azaltmaq yollarını müzakirə ediblər”.
Qarabaginfo.az xəbər verir ki, bu haqda məlumatlı mənbələr Rusiyanın “İnterfaks” agentliyinə bildirib.
“Dünən Moskvada Ermənistan, Rusiya və Azərbaycan nümayəndələri arasında əsir götürülmüş hərbçilər məsələsi ilə bağlı üçtərəfli danışıqlar aparılıb. Ancaq dünən gecədən etibarən hadisələrin müsbət inkişafı barədə heç bir xəbər məlum deyil”.
Bunu isə işğalçı ölkənin “Johovurd” qəzeti yazır.
Nəşrin verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı sülhməramlı kontingentinin rəhbəri olmaqla yanaşı, RF Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsi Komandirinin müavini də olan Rüstəm Muradov vəziyyəti ətraflı izah etmək üçün bu gün İrəvana gələcək. O, görüşü təşkil etmək və danışıqlara rəhbərlik etmək üçün bir neçə gün Moskvada olub. Erməni tərəfdən danışıqlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunları Baş Qərargah rəisi Arman Qasparyan iştirak ediblər.
“Xatırladaq ki, söhbət hərbi əsirlərin geri qaytarılması ilə bağlı olub. Lakin Ermənistan Müdafiə Nazirliyi əsir götürülmüş 6 erməni hərbçinin dərhal geri qaytarılmasını tələb edib. Danışıqların ardından nəyə qərar verildiyi aydın deyil. Və dünəndən etibarən müsbət xəbərlər haqqında məlumat yoxdur ” – erməni qəzeti belə yazır. (moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
2-03-2022, 15:09
Eldar Mahmudovun həyat yoldaşı danışdı
24-06-2022, 11:39
Ceyhun Bayramov Sergey Lavrovu qəbul edib
29-08-2022, 10:57
Toylar başlayır - Ət 15 manat olacaq
21-05-2020, 14:45
Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib
12-02-2025, 13:17
Temperatur 4 dərəcəyədək enəcək - Xəbərdarlıq
29-01-2022, 11:20
22 mənzili vardı, indi 2 metrlik məzara sığıb…
30-06-2023, 13:02
Bakıda lift qırıldı: Yaralananlar var
9-09-2025, 09:35
Daha aeroportdan şəhərə taksi sifariş edə bilməyəcəyik? - Video



















