Rusiyalı politoloq: “Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu şübhə doğurur”
Tarix: 02-06-2021 | Saat: 20:33
Bölmə:Karusel / Region | çapa göndər
1523 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-06-2021 | Saat: 20:33
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistan silahlı qüvvələrinin atdığı addımların məntiqəuyğunluğu rəsmi Bakının işğal olunmuş ərazilərini geri qaytarması ilə nəticələnən Qarabağ müharibəsi bitdikdən sonra baş verən prosesləri müşahidə edən bir çox ekspertdə çoxdandır şübhə doğurur”.
Qarabaginfo.az xəbər verir ki, bunu “Report”a millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı şərh edərkən deyib.
Politoloqun fikrincə, bu cür təxribatlar qəsdən törədilir: “İrəvan seçkilərdən əvvəl daxili siyasi qarşıdurma ilə sarsılır və bu cür təxribatlar Paşinyanın 2020-ci ilin noyabrında imzalanan razılaşmalara tam əməl etməsini istəməyən qüvvələrə sərf edir”.
Bu vəziyyətdə Azərbaycanın mövqeyini şərh edən ekspert rəsmi Bakının ünvanına ittihamlar yönəlməsinə əsas vermədən özünü kifayət qədər təmkinli apardığını qeyd edib.
“Gərginlik ən azı İrəvandakı seçkilərə qədər qalacaq” deyən Y.Mixaylov regiondakı sabitliyin qarantı olaraq Rusiyanın vəziyyətin normallaşmasına kömək edə biləcəyini də əlavə edib.
Xəbəri paylaş
Digər xəbərlər
13-09-2024, 09:55
Gürcü nazir Çin şirkətini əməkdaşlığa dəvət etdi
3-03-2022, 08:57
Zelenski əməliyyatları Vətən Müharibəsi adlandıraraq rus hərbçilərə xəbərdarlıq edib
25-12-2025, 13:30
“SSRİ-nin ləğv olunması qanunsuzdur, hüquqi əsası yoxdur” –Rusiyanın sabiq Baş naziri
14-02-2025, 08:21
Tramp Ukrayna müharibəsinin başlamasının səbəblərindən danışıb
17-10-2021, 09:21
Eldar Həsənovun vəziyyəti kəskin şəkildə pisləşdi - Hospitala köçürüldü
2-05-2023, 12:58
Ailə Məcəlləsinə dəyişiklik qəbul edildi
30-01-2026, 12:19
Məhkəmə: Canlı yayımda şəxsiyyət hüquqlarının pozulması hallarında media subyektləri də məsuliyyət daşıyacaq
30-10-2025, 17:31
Bakı avtovağzalında bilet alışı prosesinə dəyişiklik edilib
2-02-2021, 15:28
Prezident sərəncam imzaladı


















